Səudiyyə Ərəbistanı şort geyinən kişilərə qarşı “dress-kod” tətbiq edib

Səudiyyə Ərəbistanının SAUDIA aviaşirkəti şort geyinən kişi sərnişinlərə qarşı “dress-kod” tətbiq edib.

Yenicag.Az Oxu.Az-a istinadən xəbər verir ki, bir neçə sərnişini şirkətin reyslərinə şort geyindikləri üçün buraxmayıblar.

Qadağa aviaşirkətin rəsmi saytında yerləşdirilən qaydalardan əvvəl tətbiq edilib və sərnişinlərin etirazına səbəb olub.

“Sərnişinlərin davranışı ictimai asayişi pozur və təhqir kimi qəbul edilir. Onların geyimləri digər sərnişinlərdə narahatçılıq hissi yaradır. Qadınların ayaq və əlləri açıq ola bilməz, həmçinin onların dar paltar geyinməkləri qadağandır. Kişilərin isə şort geyinməkləri qəbuledilməzdir”, – şirkətin məlumatında deyilir.

Ümumilikdə yeni qadağalar 15 bənddən ibarətdir.

Yenicag.Az

COP29