Vətəndaş müharibəsinin hökm sürdüyü Yəməndə hava hücumları nəticəsində bir gün içində 68 nəfər ölüb.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Yəmənin mərkəzi hökumətini dəstəkləyən Səudiyyə Ərəbistanı 24 saat içində ölkəni bombardman edib. BMT-dən verilən məlumata görə, hava hücumları nəticəsində sutka ərzində ən azı 68 nəfər həyatını itirib, onlardan 14-ü eyni ailənin üzvləridir.
Qeyd edək ki, Yəməndə 3 ildən bəri davam edən vətəndaş müharibəsi nəticəsində 10 mindən çox insan ölüb, milyonlarla adam didərgin düşüb. Ölkədə 900 min insan müxtəlif yoluxucu xəstəliklərdən əziyyət çəkir.