Səudiyyə Ərəbistanı Yəmənin paytaxtı Sanada yerləşən koalisiya güclərinin polis mərkəzini bombalayıb.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, hava zərbəsi nəticəsində 39 nəfər ölüb, 90 nəfər isə yaralanıb.
Qeyd edək ki, 2014-cü ildən bəri Sana leqal hökumətini devirərək, hökuməti ələ alan husilər və onlara dəstək olan Saleh tərəfdarlarının nəzarətindədir. Səudiyyə Ərəbistanının liderlik etdiyi koalisiya gücləri isə 2015-ci ildən etibarən Yəmənin qanuni iqtidarına dəstək verir.