Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Səudiyyə Ərəbistanına məxsus hava limanı partladıldı

Yəməndəki husilər Səudiyyə Ərəbistanının Nekran şəhərindəki eyni adlı hava limanına raket atıb.

Yenicag.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının prezidentinin mətbuat xidməti rəsmisi Türki əl-Malki bəyanat yayıb.

Malki insan və maddi tələfatla bağlı heç bir açıqlama verməyib.

Onun sözlərinə görə, husilərin əsas hədəfi hava limanındakı silah-sursat bazası olub.

Hücum pilotsuz uçuş aparıtı vasitəsilə həyata keçirilib və partlayışdan sonra hava limanında yanğın baş verib.

Qeyd edək ki, husilərin hücumlarına görə 2015-ci ildən etibarən Nekran hava limanında uçuşlar dayandırılıb. Lakin dövlət rəsmiləri və hərbçilər hava limanında fəaliyyət göstərirlər.

www.yenicag.az

2489