Səudiyyə Ərəbistanına məxsus iki neft tankeri Birləşmiş Ərəb Əmirliklərinin sahillərində naməlum şəxslər tərəfindən hücuma məruz qalıb.
Yenicag.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının enerji naziri Xalid el-Falih məlumat verib. Hadisə nəticəsində ölən və yaralanan olmasa da, gəmilərə böyük maddi ziyan dəyib.
Bundan əlavə, elə həmin gün bir neçə saat sonra Füceyrə sahillərində BƏƏ-nin də 4 mülkü ticarət gəmisində partlayış baş verib. Nəticədə insan itkisi və xəsarət alan olmasa da, gəmilərə böyük ziyan dəyib. BƏƏ-nin Xarici İşlər Nazirliyi də faktı təsdiqləyib.
Hadisəylə bağlı heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməsə də, sabotajda “Hizbullah”ın əlinin olduğu ehtimalları səsləndirilir.
www.yenicag.az