Yəməndən Səudiyyə Ərəbistanının Necran şəhərinə ballistik raket atılıb.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Husilər tərəfindən Səudiyyə Ərəbistana atılan ballistik raket müdafiə qurğuları ilə vurularaq zərərsizləşdirilib. Necran şəhərinin üzərində vurulan raketin hissələri mülki vətəndaşların yaşadığı hissələrə düşüb. Hadisə nəticəsində insan tələfatı olmayıb