Səudiyyə Ərəbistanında 11 şahzadə saxlanıldı

Səudiyyə Ərəbistanı hakimiyyəti, etiraz aksiyası üçün Riyaddakı kral sarayında toplanan 11 şahzadəni həbs edib.

Yenicag.az xarici KİV-inə istinadən xəbər verir ki, Səudiyyə kralı Salman bin Əbdül Əziz əl-Səud şahzadələrin su və elektrik hesablarının ödənilməsinin dayandırılması barədə qərar verib.

Şahzadələr bu qərara etiraz edib və bundan əlavə, onlar bir müddət əvvəl edam olunmuş yaxın qohumları üçün təzminat tələb ediblər.

Etiraz edənlər sarayı tərk etməkdən imtina etdikdən sonra kral qvardiyası onları saxlayıb.

Hazırda həbs olunan şahzadələr “Əl-Xeyr” həbsxanasında saxlanılırlar.

COP29