Səudiyyə Ərəbistanından GÖZLƏNİLMƏZ QƏRAR: Ümrə ziyarəti üçün vergi artırıldı

Səudiyyə Ərəbistanının Həcc Nazirliyi 2020-ci ildə ümrə daxil olmaqla, bütün səfərlər üçün viza alacaq vətəndaşlarla bağlı yeni qərar qəbul edib. 

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, 2020-ci ildən etibarən, ölkəyə gələn turistlər viza almaq üçün adambaşına 300 rial (135 AZN) ödəməli olacaqlar.

Nazirliyin qərarına əsasən, bundan əvvəl 3 il ərzində bir və daha çox müqəddəs torpaqlara səyahət etmək istəyənlərın ödədiyi 2 min rial (600 AZN) bundan sonra alınmayacaq.

Ancaq yeni Ümrə dövründən başlayaraq, müqəddəs torpaqları ziyarət edəcək hər kəsdən adambaşına təqribən 135 AZN əlavə vergi alınacaq.

Firuzə Alimova

COP29