Səudiyyə Ərəbistanından inqilabi qərar – Qadınlara BU icazələr verildi

Səudiyyə Ərəbistanında qadınların təkbaşına xaricə səfər etmələrinə icazə verilib. Yenicag.az xəbər verir ki, bu ölkədəki yeni qanunlara görə, artıq 21 yaşı tamam olan qadınların heç bir kişinin icazəsi olmadan pasport alıb, xaricə getməsində problem yoxdur. 

Yeni dəyişikliklərdə qadınların boşana bilmə və uşaqlarına şəxsiyyətlərini təsdiq edən sənəd çıxartma azadlığı da nəzərdə tutulur. 

Qeyd edək ki, vəliəhd Məhəmməd ibn Salman 2016-cı ildə qadınların işləməsi üçün fürsətlər yaradacaqlarını açıqlamışdı./ Yenicag.az

COP29