“Camal Qaşıqçı cinayətində adı keçən iki nəfər Türkiyəyə verilməyəcək”.
Yenicag.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Xarixi Işlər Naziri bildirib.
Nazir Adil Əl Cubeyr, “Jurnalistin ölümündə təqsirləndirilən 2 şəxs heç bir halda Türkiyəyə verilməyəcək” – deyə qeyd edib.
Qeyd edək ki, Türkiyə Baş Prokurorluğu 18 şübhəlinin siyahısını tərtib etmiş və Səudiyyə hakimiyyətindən həmin şəxslərin Türkiyəyə verilməsini isəmişdi. Bundan sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da eyni tələblə çıxış etmişdi.