!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Səudiyyə Ərəbistanının neft qərarı: Qiymətlər bahalaşdı

!Reklam – Yazi

Səudiyyə Ərəbistanının neft qiymətlərini artırması nəticəsində “Brent” markalı neftin bir barelinin qiyməti yenidən 120 dollara qalxıb.

Yenicag.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Asiyaya neft satışını 4.40 dollardan 6.50 dollara qaldırıb. Bu artım isə neft bazarında qiymətlərin bahalaşmasına səbəb olub.

Bu günə olan məlumata görə, “Brent” markalı neftin bir barelinin qiyməti 0.62 faiz artaraq 120.46 dollar olub. Eyni zamanda, Qərbi Teksas tipli (WTI) xam neftin bir bareli 119.53 dollara satılıb.

Qeyd edək ki, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və bəzi qeyri-OPEC istehsalçı ölkələrindən ibarət OPEC+ qrupu iyul və avqust aylarında hasilatı 648 min barel artıracaqlarını açıqlayıblar.

Gülşən Şərif

www.yenicag.az

634
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv