Səudiyyə Ərəbistanının silaha sarılmaq barəsində çağırışı özünə tərəfdarlar cəlb edib. Ər-Riyadın yaratdığı koalisiyaya 34 müsəlman ölkəsi qoşulmağa hazırdır. Məsələ ilə əlaqədar olaraq, Səudiyyə Ərəbistanının müdafiə naziri Mühəmməd ibn Salman deyib: ”Verilən bəyənat, islam dünyasının bu xəstəliklə mübarizə aparmasına hazır olmasından irəli gəlir”.
Sözügedən koalisiyaya qoşulmaq istəyən və əhalisinin böyük əksəriyyətinin həm sünnü, həm də şiə məzhəbinə aid olduğu dövlətlərdən ibarət uzun bir siyahı əmələ gəlib. Bu ölkələr – İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Qatar, Küveyt, Yəmən, Türkiyə, Livan, Fələstin, Tunis, Liviya, Misir, Mərakeş, Çad, Seneqal, Cibuti, Sudan, Syerra-Leone, Somali, Qabon, Niger, Nigeriya, Mavritaniya, Mali, Kot-Divuar, Pakistan, Banqladeş, Benin, Toqo, Qvineya, Maldivlər və Malayziyadır.
Daha on ölkə də yeni yaradılmış koalisiyaya qoşulmağa hazır olduqlarını bidiriblər. Lakin onlar bunu hələlik dərhal etməyəcəklərini də vurğulayıblar. Məsələn, İndoneziya.
Koalisiya, həyata keçiriləcək hərbi əməliyyatları Ər-Riyadda yerləşən qərargahdan koordinasiya edəcək. Bu cür qəragah Bağdad şəhərində Rusiya, Suriya, İran və İraq arasında da qurulub.
Bu təsadüf deyil. Səudiyyə Ərəbistanı rusiyalıların üstünlüyü və Yəmənlə yaşanan intriqa ilə əlaqədar arxa plana keçən rolunu bərpa etmək fikrindədir. Anti-İran məqsədi üçün isifadə edilən Yəmən müharibəsində bir ay vaxt itirdikdən sonra, kral Salman başa düşdü ki, Suriya onun əlindən çıxır. O, yenidən bütün gücünü Dəməşqin üzərində cəmləşdirməyə başladı. Yəmən hökumətinin husi üsyankarları ilə danışıqlara başlamasının İŞİD-ə qarşı müsəlman koalisiyasının yaranması ilə eyni vaxta düşməsi doğrudanmı təsadüfdür?
Regionda öz rolunun artırılması təkcə Səudiyyə Ərəbistanı üçün mühüm deyil. Yaxın Şərqin bir çox ölkələri praktik olaraq səhnədən yoxa çıxıblar. Məsələn, İordaniya öz hərbi təyyarəçisinin vəhşicəsinə öldürülməsindən sonra döyüş uçuşlarının həyata keçirilməsini dayandırıb. Bu sözlər Bəhreyn və Ərəb Əmirləklərinə də aiddir.
Türkiyənin də güclü motivləri var. Bu yaxınlarda ABŞ müdafiə naziri Eşton Karter Amerikanın Türkiyədə yerləşən İncirlik aviabazasında olarkən, müttəfiqləri koalisiya çərçivəsində öz üzərlərinə daha artıq öhdəlik götürməyə çağırıb.
Hazırda islam dövlətləri tərəfindən İŞİD-ə qarşı böyük koalisiya yaratmaq ideyası yaranıb və bu birlik, ABŞ-ın təşkil etidiyi koalisiya ilə yanaşı Rusiya-İran koalisiyası ilə paralel fəaliyyət göstərəcək. Həmin birliklər rəsmi olaraq, bir-biriləriylə əməkdaşlıq etmirlər. Lakin danışıqlar başlayacağı təqdirdə onlar Yaxın Şərqdəki fikir ayrılığından istifadə edərək, öz təsirlərini gücləndirmək istəyirlər.
Belə görünür ki, Yaxın Şərqdə ən azından zəif strategiya nümayiş etdirdiyinə görə peşmançılıq hissi keçirən Obama, indi öz prezidentlik müddətinin axırına bir il qalmış mövqeyini bərpa etmək istəyir. Obama bu məsələ ilə əlaqədər çox sərt şəkildə deyib: ”İŞİD-in başçıları gizlənə bilməyəcəklər və bizim çatdıracağımız sözlər çox sadə səslənir: Biz sizi birbə-bir öldürəcəyik! Bizim müttəfiqlər şəhər-şəhər, rayon-rayon hər yeri azad edəcəklər. Biz İŞİD-ə həmişəkindən daha güclü hücum edirik”.
Obama həmçinin İŞİD-in paytaxtı hesab edilən Rakka şəhəri yaxınlığındakı müttəfiqlərə dəstək vermək üçün Suriyaya xüsusi seçilmiş 50 nəfərdən ibarət kiçik kontingent göndərdiyini də bildirib. Qüvvələrin bu cür çevikləşdirilməsi, strateji əhəmiyyətdən daha çox böyük simvolik mahiyyət daşıyır. ABŞ dövlət katibi Con Kerri Suriya üzrə Nyu-Yorkda başlayacaq danışıqlar ərəfəsində ”ümümi dill tamaq”dan ötrü Moskvada prezident Putin və xarici işlər naziri Lavrovla görüşüb. Bundan əlavə yanvarda Suriya hökuməti ilə müxalifət arasında görüş keçirilməsi planlaşdırılır. (“İl Manifesto” – İtaliya)(Azpolitika)