“Səudiyyə Ərəbistanla Türkiyənin arasını vurmaq istəyirlər” – Məhəmməd bin Salman

“Səudiyyə Ərəbistanı Krallığı ilə Türkiyənin arasını vurmaq istəyirlər”

Yenicag.az xəbər verir ki, bunu açıqlamasında Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman əs-Səud deyib.

Ər-Riyadda keçirilən “Future İnvestment İnitiative” beynəlxalq iqtisadi forumda çıxış edən Məhəmməd bin Salman əs-Səud qətlə yetirilən jurnalist Camal Qaşıqçıdan danışıb:

“Heç şübhəsiz, Türkiyə ilə Səudiyyə Ərəbistanı hökumətləri arasındakı əməkdaşlıq əladır. Bizə məlumdur ki, bir çoxları bu kədərli hadisədən istifadə edib Səudiyyə Ərəbistanı Krallığı ilə Türkiyənin arasını vurmaq istəyirlər”.

COP29