Səudiyyə klubları İkardi ilə maraqlanır

“Galatasaray”ın hücumçusu Mauro İkardi karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Yenicag.az xəbər verir ki, “Əl-İttihad” və “Əl-Əhli” argentinalı forvardın xidmətində maraqlıdır.

İkardinin “Galatasaray”la müqaviləsi 2026-cı ilin yayına qədərdir. O, “cim-bom” ilə bu mövsüm 27 oyunda 17 qol vurub.