Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Səudiyyə kralından Azərbaycan mömünlərinə jest - FOTO

Dünyanın müxtəlif müsəlman ölkələrindən olan 6 mindən çox mömin bu il də Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləzizin hesabına Həcc ziyarətinə getmək imkanı qazanıb.

Yenicag.az xəbər verir ki, kral Salman bin Əbdüləzizin dəvəti ilə Həcc ziyarətinə yollanan 10 nəfər Azərbaycan vətəndaşından ibarət qrupa ilahiyyatçı Yaşar Qurbanov rəhbərlik edir.

Səfər zamanı Səudiyyə Ərəbistanının “Qurani-Kərim” radiosuna müsahibə verən Yaşar Qurbanov iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayaraq, Azərbaycanlı zəvvarlara göstərilən diqqət və qayğıya görə kral Salman bin Əbdüləzizə minnətdarlığını bildirib.

O, Azərbaycandan Həcc ziyarətinə zəvvarların dəvət edilməsinə görə Səudiyyə Ərəbistanının Bakıdakı səfiri doktor Həməd bin Abdullah bin Xudeyrə də təşəkkür edib.

www.yenicag.az

7465