Səudiyyə Krallığının vəliəhd şahzadəsi Məhəmməd bin Salman qətlə yetirilmiş jurnalist Camal Kaşıkçının ölümünə görə məsuliyyət daşıdığını deyib.
Yenicag.az xəbər verir ki, vəliəhd şahzadə bu barədə ABŞ-ın PBS telekanalında yayımlanan “Frontline” xəbər verilişinin təsisçisi Martin Smitə müsahibəsində danışıb.
Salman jurnalistin suallarını bir dəfəyə cavablandırıb və onun danışığı ilə görüntüsü ekranda əks etdirilməyib: “Bu hadisəyə görə bütün məsuliyyəti üzərimə götürürəm”. Şahzadə jurnalistin “Sizin məlumatınız olmadan belə bir şey necə baş verə bilər?”, – sualına Salman “Səudiyyə Ərəbistanında 20 milyon insan yaşayır. 3 milyon dövlət işçimiz var. İşlərimi aparan edən məmurlar, nazirlər var. Bu, onların məsuliyyətidir. Onların bu işlərlə məşğul olmaq üçün səlahiyyətləri var”, – deyə cavab verib.
Xatırladaq ki, 2018-ci il oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna gedən jurnalist Camal Qaşıqçı binadan çıxmayıb. Ortaya çıxan dəlillər nəticəsində onun Səudiyyə rejimi tərəfindən öldürüldüyü və bunun üçün İstanbula 15 nəfərlik heyətin göndərildiyi müəyyən edilib.
Firuzə Alimova