Səudiyyə Ərəbistanı daha bir vacib qərar ilə dünyanı təəccübləndirib.
Yenicag.az dünya mediasına istinadən xəbər verir ki, yeni qərar ilə artıq qadınlar da orduda, həm də yüksək məqamlarda xidmət edə biləcəklər.
Beynəlxalq Müdafiə Əməliyyatları Mərkəzinin müdiri general Həsən eş-Şəhri sözgedən qərarı “doğru istiqamətdə atılan addım” kimi qiymətləndirib. Onun fikrinə görə, qadınların ordu daxilində daha faydalı olacağı bir çox sahələr var.
Səudiyyədə davam edən “2030 siyasəti” çərçivəsində qadınların haqq və azadlıqları genişləndirilir. Yeni qərarla isə, artıq onlar orduda xidmət edə biləcək.
Səudiyyə Ərəbistanı mətbuatının iddiasına görə, Müdafiə Nazirliyi qadınların orduya qəbul ola biləcəyi xəbərini təsdiqləyib.
Həşim Səhrablı