!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Səudiyyəli diplomat ölüm haqqında çıxışı zamanı VƏFAT ETDİ - VİDEO

!Reklam – Yazi

Səudiyyəli diplomat Məhəmməd Əl-Qəhtani çıxış edərkən qəflətən ölüb.

Yenicag.az “tahiamsr.com”a istinadən xəbər verir ki, hadisə Misirin paytaxtı Qahirədə baş verib.

Bildirilib ki, Səudiyyə Ərəbistanının tanınmış diplomatı Məhəmməd əl-Qəhtani Sərhəd Mühafizəsi evində keçirilən Ərəb-Afrika Konfransında çıxış edərkən dünyasını dəyişib.

Həkimlər ilkin tibbi yardım göstərməyə çalışsa da, diplomatın həyatını xilas etmək mümkün olmayıb.

M.Əl-Qəhtani ölərkən həyat yoldaşı yanında olub.

Diplomatın son sözləri isə belə olub: “Harada olursunuzsa olun, ölüm sizi tapacaq. Sağlam qəlblə Allaha qovuşmuş kəslərdən başqa heç kəs üçün heç bir məqam və dəyər yoxdur”.

Tədbir diplomatın ölümü ilə əlaqədar ləğv edilib. Əl-Qəhtani tədbirdə çıxışı zamanı Misir, Səudiyyə Ərəbistanı və BƏƏ prezidentləri və kralları haqqında danışıb. O, Səudiyyə kralı Salman ibn Əbdüləziz Əl Səudu böyük insan adlandırıb: “Onun hökmranlığı dövründə ölkə terrorizm və digər problemlərdən xəbər tutmayıb”.

 

 

www.yenicag.az

464
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv