ABŞ-da rəsmi səfərdə olan Səudiyyə Ərəbistanı vəliəhdi şahzadə Məhəmməd bin Salman İranın ali dini lideri Ayətullah Xamaneinin ünvanına sərt ifadələr səsləndirib.
Yenicag.az xəbər verir ki, ərəb şahzadəsi amerikan mediasına müsahibə verib. O, artıq İslam dinini yaymaq kimi bir missiyalarının olmadığını bildirib. Vəliəhd Xamaneinin Hitlerdən daha təhlükəli olduğunu söyləyib:
“Hitler Xamaneinin yanında daha yaxşı lider kimi görünür. Ən azından o, Xamaneinin etməyə çalışdığını düşünməyib. Hitler bütün Avropaya hökmranlıq etmək istəyirdi. Düzdür, bu, pis haldır, ancaq Xamanei bütün dünyaya hökmranlıq etmək niyyətindədir.