Seulda Azərbaycana həsr olunmuş sərgi keçirilib

Cənubi Koreya parlamentinin deputatları Azərbaycan həqiqətləri: keçmişdən günümüzə sərgisi ilə tanış olub

Seulda Azərbaycanın Cənubi Koreyadakı səfirliyinin dəstəyi ilə “Azərbaycan həqiqətləri: keçmişdən günümüzə” adlı sərgi keçirilib.

Bu barədə “Report” Koreya KİV-inə istinadən xəbər verir.
Tədbirdə Azərbaycanın bu ölkədəki səfiri Rəmzi Teymurov, Koreya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, eləcə də Cənubi Koreya parlamentinin bir sıra deputatları iştirak edib.

Sərgi Cənubi Koreya Milli Assambleyasında keçirilib.

Yeniçağ.az