Reklam

Reklam

Müğənni Sevda Sanəliyevanın Yenicag.az-a müsahibəsini təqdim edirik.

– Sevda, ailə həyatı səndə nəyi dəyişdi?

– Mən əvvəldən ailəcanlı olduğum üçün ailə həyatı məndə heç nəyi dəyişmədi. Elə əvvəlki Sevdayam, sadəcə olaraq, indi daha müdrikləşmişəm, bir iş görəndə, hərtərəfli düşünüb, addım atıram.

– Uşaqların tərbiyəsi ilə daha çox kim məşğul olur?

– Yoldaşım işlədiyi üçün ən çox məsuliyyət mənim üzərimə düşür. Amma atanın da müdaxilələri mütləqdir. Çünki evin kişisidir. Hərdən mən də atanın sözlərinə müdaxilə edirəm ki, bunu belə sərt formada demə. Bir-birimizi gözəl anladığımız üçün problem olmur.

– Evdə kim kimə daha çox güzəşt edir?

– Həyat yoldaşım.

– Onun hansı müsbət xüsusiyyətinə görə, qalan mənfi cəhətlərinin üstündən xətt çəkərdin?

– Qayğısı, diqqəti üstümdədir. Mən yeyirəm, o doyur.

– Bəs ən dözülməz xasiyyəti hansıdır?

– Günlərlə oturub fikirləşsəm ki, onun ən pis xüsusiyyəti hansıdır, inanın ki, tapa bilmərəm. Bircə qısqanclığını deyə bilərəm, o da sevgidən irəli gəlir.

– Olubmu ki, birlikdə harasa gedəsiz, paltarını dəyişmək üçün qapıdan qaytarıb?

– Əvvəllər çox olub. Amma xasiyyətini artıq bilirəm. Buna görə də onun zövqünə uyğun geyinirəm. Çünki bilirəm ki, xoşlamadığını geyinsəm, qayıdıb əynimi dəyişməli olacam.

– Bəs özün necə, həyat yoldaşını qısqanırsan?

– Qısqancam. Çünki ərim çox yaraşıqlıdır.

– Qısqanclığını üzünə vurursan?

– Qətiyyən.

– Günlərlə oturub, içində özün-özünü yeyirsən?

– Yox, onu da eləmirəm. Ürəyimə çox salmıram. Çünki bilirəm ki, onun ürəyi, sevgisi hər saniyə mənimlədir. Ondan olsa, heç işə də getməz, yanımızda oturar. Onun sevgisinə inanıram. Hətta mənə görə ailəsi onunla düşmədir.

– Düşünürsənmi ki, o səndən başqasına baxmaz?

– Yox, düşünmürəm. Çünki kişiyə etibar yoxdur. Baxmağına baxır e, niyə baxmasın? Göz yaranıb baxmağa.

– Telefonunu xəlvətcə qurdalayırsan?

– Özü telefonunu mənə verir ki, baxım. Hətta bəzən xanımlar ona nəsə yazanda mənə göstərir ki, bax gör nə yazıblar.

– Reaksiyan necə olur?

– Deyirəm, yazıb yazıb da… Ərim çox xarizmatikdir, xanımların gözü ondadır.

– Həyatda səni ən çox nə qorxudur?

– Allahın qəzəbindən çox qorxuram. Buna görə də çalışıram günah işlər görməyim. Allahın sevgisini hər zaman üstümdə hiss edirəm, Tanrı hər işdə mənə kömək olub. Bu sevginin qarşısında onun qəzəbinə tuş gəlmək isəmirəm. İkinci qorxum uşaqlarımla bağlıdır. Xırda şeyə görə həyəcanlanıram.

– Maraqlıdır, evdə büdcəyə kim nəzarət edir?

– Hər ikimiz. Mən bədxərcəm, o isə əksinə. Buna görə də mənə çox kömək olur. Artıq pul xərcləməyə qoymur.

Cəvahir

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 10271
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.