“30 yaşıma qədər ailə qurmaq barədə düşünməmişəm”.
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Sevda Yəhyayeva “Söhbət var” verilişində deyib.
Müğənni 30 yaşdan sonra ailə qurmağa qərar verdiyini bildirib:
“Ailə bir qismət məsələsidir. Düzünü deyim ki, 30 yaşıma qədər ailə barədə düşünməmişəm. Çünki uşaqlıqdan həmişə səhnədə olmaq istəmişəm. Müğənni olmaq, səhnəyə çıxmaq, mahnılar oxumaq istəyirdim. İnsanlar məni tanısın, sevsin. Çox şükür Allaha ki, nə arzulamışamsa, bu günə qədər hamısına çatmışam. 30 yaşdan sonra fikirləşdim ki, artıq istədiyim hər şeyə çatmışam. Evim, maşınım, qazancım, işim-gücüm, hər bir şeyim var. Sağıma-soluma baxdım ki, ətrafımda rəfiqələrimin, dostlarımın hamısının ailəsi, uşaqları var. Ondan sonra məndə bu arzu yarandı. Dedim, inşəallah, xeyirli qismət istəyirəm mənim də ailəm, uşaqlarım olsun. Bu da oldu”.
Nehru