Sevda GÖZ YAŞI TÖKDÜ: “Allaha yalvardı ki, canımı al, əvəzində…”

“Həkimlər demişdi, heç vaxt ana ola bilməyəcəyəm”.

Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Sevda Sanəliyeva “Evdəkilərə salam” verilişində deyib.

Sənətçi anasının ona görə Allaha dua etdiyini və bu duadan sonra dünyasını dəyişdiyini bildirib. O, göz yaşlarına hakim ola bilməyib:

“Sağlamlığımla bağlı ciddi problemlərim var idi. Həkimlər dedi ki, ana ola bilməyəcəksən. Xarici ölkələrə getdim, həkimlər eyni sözü dedilər. Anam buna görə çox pis oldu. Mənə dedi, qızım, sən mənə baxırsan, bəs sənə nəsə olsa, kim baxacaq? Allaha yalvararaq, dua etdi ki, qızımın övladı olsun, mənim canımı al. Mən hamilə qaldım, övladım bətnimdə böyüdükcə anamın xəstəliyi ağırlaşdı, oğlum dünyaya gələndən 40 gün sonra o dünyasını dəyişdi. Allah onun duasını qəbul etdi. Anam mənə görə çox əziyyətlər çəkib”.

Nehru

COP29