ARB TV-nin “Səhər-Səhər” verilişini yarımçıq tərk edən müğənni Sevda Sanəliyeva ilə aparıcı Elgiz Əkbər arasında münaqişə yaranıb.
Yenicag.az-a danışan Sevda məsələyə belə aydınlıq gətirib:
“Elgiz Əkbər veriliş başlayandan sona qədər mənim ifa etdiyim “Leyli” adlı mahnını tənqid etdi. O, mahnının uğursuz olduğunu deyib, tamaşaçılarımı zövqsüz adlandırdı. O kimdi ki, mənim tamaşaçılarıma zövqsüz desin?! Bu da mənə xoş gəlmədi və efiri yarımçıq tərk etdim. Mənim yerimə kim olsaydı, belə hərəkət edərdi”.
Qeyd edək ki, Sevda bu gün ARB-nin “Səhər-səhər” verilişini yarımçıq tərk edib. İzləyicilər bunu müğənninin canlı ifadan qaçması kimi dəyərləndirib.
Cəvahir