Sevda ilk dəfə AÇIQLADI: “Buna görə 15 ildir maşın idarə etmirəm”

“Yaxşı ki, avtomobil idarə etmirəm”.

Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Sevda Yahyayeva “Afaqla onlar” verilişində deyib.

O, zahirən sakit görünməsinə baxmayaraq, tez əsəbiləşdiyini və özündən tez çıxdığını bildirib. Hətta bu xasiyyətinə görə illərdir ki, sükan arxasına keçmədiyini etiraf edib:

“Xaraktercə çox əsəbiyəm, özümdən tez çıxıram. Yaxşı ki, hələ avtomobil idarə etmirəm. Çünki əsəbiləşəndə sağımı-solumu itirirəm. Elə buna görə də 15 ildir avtomobil idarə etmirəm”.

Nehru