!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Sevda Səməd Səmədovla bağlı GİZLİNLƏRİ AÇDI: “Aramızı o vurdu”

!Reklam – Yazi

Müğənni Sevda Əliqızı 8 il öncə mərhum Xalq artisti Səməd Səmədovla arasını vuran şəxsin kimliyini açıqlayıb.

Yenicag.az xəbər verir ki, o, efirdə 15 illik duet ortağından ayrılmaq istəmədiyini, lakin ortada səbəbkar olduğunu təəssüf hissi ilə bildirib:

“Səməd artıq dünyasını dəyişib, onun haqqında pis fikir səsləndirmək istəmirəm. Onu demək istəyirəm ki, ara vuranlar oldu. Heç gizlətmək də istəmirəm. Səmədin prodüseri Rövşənə görə duet ortaqlığımza son qoyuldu. Guya yenilik etmək istəyirdi. Məndən sonra onun yeni duet ortağı oldu. Adını çəkmək istməmirəm”.

Xatırladaq ki, Sevda Əliqızı Səməd Səmədovla 15 il duet ortağı kimi çalışıb. 8 il öncə mərhum müğənninin 3-cü duet ortağı olan Sevdadan ayrılması şou-biznes gündəmində böyük olaya səbəb olub. Həmin ərəfədə Səməd Səmədovun yaşlı olduğu üçün Sevdadan ayrılması barədə şaiyələr də gəzdi.

Cəvahir

www.yenicag.az

2037
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv