Sevdiyi oğlandan ayrıldı, özünü öldürmək istədi – Mingəçevirdə

Mingəçevir Dövlət Univertsitetinin (MDU) tələbəsi sevdiyi oğlandan ayrıldığına görə intihara cəhd edib.

Yenicag.az Report-a istinadən xəbər verir ki, hadisə Zərdab rayonundan olan tələbə qızın kirayə yaşadığı evdə baş verib.

Belə ki, 1999-cu il təvəllüdlü K.Z yaşadığı evdə çoxlu sayda dərman pereparatları qəbul edərək özünü öldürmək istəyib. Onunla birlikdə kiraydə qalan digər tələbələr dərhal K.Z-ni Mingəçevir Şəhər Xəstəxanasına çatdırıblar.

Xəstəxanadan “Report”un yerli bürosuna verilən məlumata görə, K.Z-nin müalicəsi davam etdirilir, vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırmalara başlanılıb.