Sevdiyi qız başqasına nişanlandığı üçün özünü asdı

106097_res_01Lerik rayonunda intihar hadisəsi baş verib.

Yenicag.az report-a istinadən xəbər verir ki, rayonun Pirzəküçə kənd sakini, 1993-cü il təvəllüdlü Azər Babulla oğlu Nuriyev yaşadığı evin həyətindəki alma ağacından kəndirlə özünü asıb.

Hadisə səhər saatlarında baş verib. İntihara ilkin səbəb kimi A.Nuriyevin sevdiyi qızın başqası ilə nişanlanması göstərilir.

Hazırda rayon prokurorluğunun əməkdaşları hadisə yerində araşdırma aparırlar.