“Sevgi ilə heç bir əlaqəsi yoxdur” – Sevgililər günü QEYD OLUNMAYACAQ

Patriarx Kirill Sevgililər Günündən imtina etməyə çağırıb.

Yenicag.az xəbər verir ki, bu barədə Rus Pravoslav Kilsəsinin saytında məlumat verilib.
vRus Pravoslav Kilsəsinin rəhbəri Patriarx Kirill Sevgililər Gününü qeyd etməməyə çağırıb.
Onun sözlərinə görə, bu bayram uşaqsız və nikahsız azad sevginin təbliğidir.

Patriarx Kirill bildirib ki, Rusiyada Sevgililər Günü və Hellouin bayramını qeyd etməyi dayandırmağa dəyər. Rus məktəblərində Hellouin bayramının qeyd edilməsi isə “təhsilə böyük ziyan vura bilər” və dini prinsiplərinə ziddir.

Rus Pravoslav Kilsəsinin rəhbərinin sözlərinə görə, Rusiya vətəndaşları Qərb ənənələrindən imtina etməlidirlər. Çünki onun fikrincə, onlar Rusiyanın mənəvi və tarixi dəyərlərinə uyğun gəlmir.

Xuraman Etibarlı

COP29