“Sevgililər” parkında qışqıran şəxs həbs edildi

Xətai rayonu, Y.Səfərov küçəsində yerləşən “Sevgililər” parkında ucadan qışqıran şəxs həbs edilib.

Yenicag.az-ın “Qaynarinfo”ya istinadən məlumatına görə, 1963-cü ildə Gəncə şəhərində anadan olmuş Afdandil Səfərov (ad-soyad şərti) əsəbi olduğu üçün “Sevgililər” parkında ucadan qışqıraraq, söyüş söyüb.

Məhkəmənin hökmü ilə təqsirləndirilən 61 yaşlı şəxs İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, barəsində 1 ay müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilib.