!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Sevgilim ol" təklifinə bacılardan reaksiya: “Neynirəm elə kişini ki...” - FOTOLAR

!Reklam – Yazi

Sevil-Sevinc bacılarını hər zaman bir yerdə görməyə alışmışıq. Amma bu dəfə bacılardan birini “təkləməyi” bacardıq.

Ard-arda sullarımızı ünvanladığımız Sevinc öz səmimi cavablarıyla fərqləndi.

Sevincin Yenicag.az-a müsahibəsini təqdim edirik.

Efirdən uzaqlaşandan sonra, özünüzü biznes-ledi kimi sınamağa qərar verdiniz…

– Əslində buna biznes demək olmaz. Bu, sadəcə gələcək üçün bir sığortadır. Müğənnilik belədir ki, bu gün varsan, sabah sənin yerini başqası tutacaq. Yəni vəfasız sənətdir. Buna görə də, özünü sığortalayıb, gələcəyin üçün gün ağlamalısan. Biz də buna görə bu addımı atdıq.

– Bəlkə, elə varlı bir oğlana ərə gedəcəksiniz, heç belə əziyyət çəkməyinizə ehtiyac qalmayacaq?

– Əslində önəmli olan onun pulu deyil, xasiyyəti, kişi kimi özünü təsdiqləməsidir. İnşallah, Allah nəsib etsin, yaxşı bir adamla ailə qurmağa razıyıq.

– Belə deyirlər ki, qadın nə qədər çox pul qazansa da, kişinin pulu bərəkətli olur…

– Düşünmürəm ki, kişinin pulu bərəkətlidir. Elə bir qız var, əli-ayağı ruzuludur, kasıb ailəyə gəlin köçür, amma ayağı sayalı olur. İndi elə bir zəmanədə yaşayırıq ki, həyat yoldaşın evi dolandırmağı bacarmırsa, əl-ələ verib birlikdə pul qazanmaq da olar. Əgər o bütün günü evdə yeyib yatacaqsa, neynirəm elə kişini.

– Əks-cinsdə dəyər verdiyin xüsusiyyət hansıdır?

– Sözü bütöv olmalıdır.

– Birdən desə ki, sənəti at, otur evdə, onda reaksiyan necə olar?

– Ürəklə razılıq verərəm. Tam səmimi deyirəm. Təki qabağıma belə şərt qoysun, ondan qabaq razılaşaram.

– Hansı səbəb səni ailə qurduğun adamdan ayıra bilər?

– Heç bir səbəb. Hətta xəyanəti də bağışlayaram, bunu bir dəfə sizə açıqlamamda da demişəm. Çünki anamın ailə tərbiyəsi, ailədə özünüaparması bizə örnək olub. Anamdan aldığım tərbiyə ilə ailəmi qoruyacam. Anam da ailəsində çox şeydən keçib, amma ailəsini dağıtmayıb. Mən də hər şeyə dözərəm. Məndə elə xasiyyət yoxdur ki, boşanım, nəyəsə görə ailəmi dağıdım. Bu gün hər şey qadının əlindədir. Boyun qadındır, bədən kişi. Boyunu hansı tərəfə fırlatsan, sənin olacaq.

– Elçilərin çoxdur?

– Zamanında yetərincə olub, amma bu gün nədənsə çəkinirlər.

– Qohumlardan elçi düşən var?

– Onsuz da qohum qohumdur. Heç istəyən də yoxdur. Çünki uşaqlığımızdan hər kəs xasiyyətimizi bilir.

– Sosial şəbəkədə “sevgilim ol” deyənlərə reaksiyanız necə olur?

– Yazanlar çoxdur, onlara fikir vermək də lazım deyil. Çox qəribədir, mənfi nəsə yazanda ona reaksiya veririk, amma gözəl sevgi etirafına cavab vermirik. Amma hər ikisinə susmağı bacarırıq.

– Qarderobda açıq-saçıq geyimlər çoxdur?

– Səhnə üçün qətiyyən. Gəlinimizin hicablı olmasına baxmayaraq, gündəlik həyatda qapalı geyinmirik.

– Birdən ailə qurandan sonra ərin dedi ki, başını bağla, otur evdə.

– Deməz, amma desə də əməl edərəm. Gəlinimiz hicablıdır, amma o qədər gözəl görünür ki…

– Ən sərt xüsusiyyətin hansıdır?

– Əslində çox tələbkaram. Bunu işdə hər kəs bilir. Hər şey yerli-yerində olmalıdır.

– Sənə xəyanət edən dostlarınla münasibətə nöqtə qoya bilirsən?

– Təəssüflər olsun ki, bacarmıram. Bu yaxınlarda da başıma belə bir iş gəldi. Dəfələrlə gəlib. Yenə də ürəyimdə deyirəm, axı mən sənə pis olmamışam, niyə belə edirsən? Özlərinə deyə bilməmişəm.

– Toliklə də münasibətlərinizdə çat yarandı…

– Nə deyibsə, əcəb edib, nə deyə bilərəm. Bununla bağlı danışmaq istəmirəm.

– Münasibətləriniz indi necədir?

– Onu zaman göstərəcək.

– Kinlisən? 

– Bəli.

– Qisas hissi var içində?

– Qisas hissi olmasa, heç kim qabağa gedə bilməz.

– İndiyə qədər hansı qisası alıb, ürəyinizi soyutmusuz?

– Hələ almamışıq. Yəqin yaşımız hələ azdır, ona görə. Hələ ki, pislik edənlərə yaxşılıq arzulayıb onları utandırıram.

– Ən zəhlətökən xasiyyətin hansıdır?

– Çox deyingənəm.

– İki bacı yola gedirsiniz?

– Əvvəllər bacımla yaxşı yola gedirdik. Amma son vaxtlar iki bacı heç yola getmirik. Yəqin yaş keçdikcə hərənin öz yolu, öz həyata baxışı olur ki, bu da münasibətlərdə özünü biruzə verir. Hər halda saçyolduya çıxmırıq (gülür), çünki o mənim bacımdır. Amma tez-tez sözümüz çəp gəlir.

– Sevil fağır qıza oxşayır…

– Mən bacıma məsləhətlər verirəm, amma nə o mənim məsləhətimi dinləyir, nə də mən onun. Hamı deyir ki, Sevil fağırdır, sakitdir. Xeyr, heç də fağır deyil, o, sizə elə gəlir.

– Gəlininizlə çox məclisə qoşa gedirsiniz. Heç “baldızlıq” edirsiniz?

– Gəlinimizi çox istəyirəm. Heç vaxt da işlərinə müdaxilə etmirəm.

– Qardaşınla arasında problem yaransa, hansının tərəfini tutarsan?

– Nə qardaşımın, nə də gəlinimizin tərəfində olmaram. Anamın tərəfində olaram.

–  Efirə yenidən qayıdış gözlənilirmi?

– Sentyabrda özümüzə uyğun bir layihə düşünürük.

Cəvahir
Foto: Cəmalə

www.yenicag.az

6481
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv