Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

"Sevgilim ölüb" deyərək, klubunu aldatdı - Yalanı üzə çıxdı

Reklam: High Technic

Türkiyənin “Ərzurumspor” klubunun futbolçusu Rəşad Muhammed klub rəhbərliyini aldadıb.

Yenicag.az xəbər verir ki, o, rəhbərlikdən icazə istəyəndə sevgilisinin öldüyünü deyib. Futbolçu sevgilisinin avtomobil qəzasında həlak olduğunu bildirib.

Lakin çox keçməyib ki, 26 yaşlı futbolçunun yalanı üzə çıxıb. Belə ki, fransalı oyunçunun sevgilisi Martine Frekriksen “twitter” hesabında paylaşım edib. O, bildirib ki, Rəşad eyni zamanda başqa bir qızla da sevgilidir:

“Həm mən, həm də Linn Kristine ondan ayrıldıq. Mənə “ölmüsənmi?” deyə çox sayda mesajlar gəlir. Necə yalan danışıbsa, baş məşqçisi də ona inanıb. Rəşad mənim öldüyümü deməklə həm “Ərzurumspor”u, həm də bütün Türkiyəni aldadıb”.

Qeyd edək ki, “Ərzurumspor”un 4:2 hesabı ilə qalib gəldiyi görüşdə ev sahiblərinin oyunçuları vurulan bir qoldan sonra Rəşad Muhammedə tərəf qaçaraq, ona təsəlli verməyə çalışmışdılar.

www.yenicag.az

2181
SFERA
VETENINFO
AZNEWS
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM