Bakı Ağır Cinayətlər Məhkəməsində qumar puluna görə dostunu öldürməkdə təqsirləndirilənlər – Eşqin Rəsulov və həyat yoldaşı Ramella Əlmuradovanın məhkəməsi başa çatıb.
Yenicag.az xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosessdə Eşqin Rəsulov 18 il, həyat yoldaşı Ramella Əlmuradova isə 17 il müddətinə azadlıqdan məhrum ediliblər.
İttihama görə, Quba rayonu Alpan kəndində yaşayan E.Rəsulov 2017-ci il noyabr ayında dostu Anar Balayevi qeyri-rəsmi olaraq birgə yaşadığı R.Almuradovun evinə çağırıb və orada qumar oynayıb, spirtli içki içiblər. Daha sonra qumar puluna görə dostlar mübahisə, ardınca əlbəyaxa dava ediblər. Eşqin sevgilisi Ramelladan ip verməsini istəyib və sevgilisinin köməyi ilə iplə dostunun əl-ayağını bağlayıb və döyüb. Sonda isə onu balta ilə vuraraq öldürüb. O, ifadəsində Anarı yalandan Ramellanı zorlamaq istədiyi üçün öldürdüyünü deyib.
Qətlə yetirilən Anar Balayevin 3 azyaşlı övladı var. Hadisəni törədən Eşqin Rəsulov əvvəllər məhkum olub.