Sevgilin yoxdursa, tanış ol – “Facebook”da yeni funksiya

“Facebook” sosial şəbəkəsinin rəhbərliyi ciddi münasibətlər üçün tanışlıq xidməti yaratmağa qərar verib.

Yenicag.az xəbər verir ki, bu barədə “Facebook”un yaradıcısı Mark Zükkerberg məlumat verib:

“Bu, qısa müddətli əlaqələr üçün yox, real, davamlı münasibətlər yaratmağa hesablanıb”.

Onun sözlərinə görə, xidmət mobil sosial şəbəkə proqramının bir hissəsi olacaq. “Facebook”un qurucusu bildirib ki, digər istifadəçilər bu xidmətdən kimlərin yararlandığını görə bilməyəcəklər. Hətta dostluqlarındakı istifadəçilər də. Üstəlik, bu xidmətdən yararlanmaq istəyən şəxslər yalnız dostu olmayan insanlarla belə ünsiyyət qurmaq şansına malik olacaq. Həmçinin o, öz profilində də sevgilisinin olmadığını qeyd etməlidi. Əks halda bu xidmətdən yararlanması mümkünsüz olacaq.

COP29