Sevgilisi ilə dalaşan gənc özünü güllələdi – FOTO

qan_gulle_00Türkiyənin Kocaeli şəhərinin Karamürsel Mahalında sevgilisi ilə mübahisə edən 24 yaşlı Emin Ekin sinəsinə dayadığı tapançanın tətiyini çəkib.

Milli.Az ensonhaber-ə istinadən xəbər verir ki, hər kəsin gözü qarşısında özünü vuran gənc təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb. Onun həyatını son anda xilas etmək mümkün olub. Buna baxmayaraq gəncin həyati təhlükəsi hələ də qalmaqdadır.