Türkiyə millisinin və “Milan”ın ulduz futbolçusu Hakan Çalhanoğlu keçmiş sevgilisi Anita Latifi tərəfindən şantaja məruz qalıb.
Yenicag.az xəbər verir ki, Latifi jurnalistlərdən biri ilə əlbir olaraq, futbolçuya zəng edib, ona hamilə olduğunu bildirib. Uşağı abort etdirmək üçün 250 min avro tələb edən Anita, Hakanın bu pulu verməyəcəyi təqdirdə mətbuata hər şeyi danışacağını söyləyib.
Özündən əmin olan yarımmüdafiəçi isə dərhal məhkəməyə müraciət edib. Məsələ ilə bağlı açıqlama verən Çalhanoğlu onunla bir neçə dəfə intim münasibətdə olduğunu bildirsə də, hər zaman diqqətli davdandığını qeyd edib.
Xatırladaq ki, kosovalı gözəl, 21 yaşlı Anita “Almaniya Super Starını Axtarır” yarışmasının qalibi olaraq məşhurlaşıb. O, gündəmə ifaçılığı ilə deyil, ən çox seks vidolarıyla gəlib.