Sevgilisinə 7 dəfə atəş açdı, sıçrayan güllə ilə özü öldü – Qız sağdı

Türkiyənin İstanbul şəhərində ölüm hadisəsi qeydə alınıb.

Yenicag.az xəbər verir ki, Taner Bayar adlı şəxs mübahisə etdiyi sevgilisi Menice Buludu güllələyib.

Bayarın 25 yaşlı segilisi 7 güllər yarası alıb. Onun vəziyyəti ağır olaraq qalır. Maraqlıdır ki, hadisə zamanı sevgilisinə tapança ilə atəş açan oğlanın özü ölüb.

Belə ki, 35 yaşlı Bayarın sevgilisinə atəş açdığı güllələrdən biri sıçrayaraq onun qarnına girib.

Yenicag.az