!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sevgilisinə evlənmə təklifi edərkən öldü

!Reklam – Yazi

Yaponiyada sevgilisinə evlənmə təklifi edən şəxs müsbət cavab aldıqdan dərhal sonra sevincini qeyd edərkən 30 metrlik körpüdən aşaraq dünyasını dəyişib.

Yenicag.az xəbər verir ki, 32 yaşında olan adı açıqlanmayan həmin kişi Okinavadakı İrabu Körpüsünə apardığı sevgilisini maşından endirərək sürpriz bir evlənmə təklifi edib. Sevgilisinin “bəli” deməsindən sonra çox sevinən adam körpüdə quraşdırılmış mühəccərin əks tərəfinə keçib, oradan sallanmaq qərarına gəlib. Amma özünü saxlaya bilməyən kişi 30 metr yüksəklikdən yıxılaraq ölüb.

Hadisədən şoka düşən qadın polisi çağırıb. 7 saat davam edən axtarış və xilasetmə nəticəsində qadının dünyasını dəyişmiş sevgilisinin cəsədi tapılıb. Polisin yaydığı məlumata görə, həmin şəxs hadisədən öncə içkili olub.

“Nippon TV” bu hadisəni bir animasiya filmi kimi təqdim etməyə çalışıb:

www.yenicag.az

2086
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv