Sevgilisinin keçmiş sevgililərini tutduran baş prokuror barədə araşdırma başladıldı

Sevgilisinin 5 keçmiş sevgilisini həbs etdirdiyi iddia olunan baş prokuror haqqında araşdırma başladılıb.

Yenicag.az xəbər verir ki, hadisə Türkiyənin Zonquldaq şəhərində baş verib.

İddiaya görə, Çaycümə Baş prokuroru qısqandığı üçün saxta ittihamlarla sevgilisinin 5 keçmiş sevgilisinin polis tərəfindən saxlanılmasına nail olub.

24 saat polis şəbəsində qalan 5 nəfər daha sonra sərbəst buraxılıb. Hadisə mediaya yansıdıqdan sonra ölkənin Hakimlər və Prokurorlar Şurasının sədrinin icazəsi ilə həmin baş prokuror haqqında araşdırmaların aparılmasına başlanılıb.

COP29