!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sevgilisinin qardaşı döyərək öldürdü - Xırdalanda qətl

!Reklam – Yazi

Xırdalan sakini qeyri-rəsmi nikah münasibətində olduğu qadının qardaşı tərəfindən döyülərək öldürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Yenicag.az-a bildirilib ki, iyunun 28-də Xırdalan şəhərində yaşayan Pərviz Həbibovun evində infarktdan ölməsi ilə bağlı məlumat daxil olub. Bununla əlaqədar polis və prokurorluq orqanları əməkdaşlarının apardıqları araşdırmalarla P.Həbibovun iyunun 22-də qeyri-rəsmi nikah münasibətində olduğu Bakı şəhər sakini N.Ağakişiyevanın qardaşı Ələkbər tərəfindən döyülməsi və evində ölməsi müəyyən edilib.

Görülmüş tədbirlərlə Ə.Ağakişiyev saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanıb, araşdırma aparılır.

www.yenicag.az

1758
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv