Sevgilisinin üzünü yedi-Foto

kiz-arkadasinin-yuzunu-yerken-yakalandi--4951192Yenicag.az xəbər verir ki, İngiltərənin Cənubi olan Uels bölgəsində yaşanan dəhşətli hadisədə 34 yaşlı Matthwe Willians adlı şəxs, 22 yaşındakı sevgilisinin üzünü yeyib. Polislər tərəfindən elektroşok verilən adam həyatını itirib.

Qorxunc hadisə, İngiltərənin Cənubi Uels bölgəsində bir oteldə baş verib. Beləki, kokainin təsiri altında olan şəxs sevgilisini öldürüb.

O, 22 yaşındakı qurbanının gözlərini canlı canlı yeyib.

Hadisənin baş verdiyi otelin yaxınlığında yaşayan bir şahid ifadəsində, “Qızın bir gözünü və sifətinin yarısını yedi, daha həbsdən yeni çıxmışdı və kokain istifadə edirdi” deyib.

Başqa bir şahidin sözlərinə görə, “Təhlükəsizlik işçiləri ona otağa qadın gətirməməsini söyləmişdi. Daha sonra qapısını döydülər, heç kim cavab verməyincə polislər içəri girib, caninin qızın sifətini yeyərkən tutublar”. Otağa girdiyində qorxunc mənzərəylə qarşılaşan polis, elektroşokla müdaxilə etdilər. Cani hadisə yerində öldü.

Yayılan məlumata görə Williams, iki həftə əvvəl dostuna hücum etməsi səbəbi ilə girdiyi həbsdən yeni çıxmışdı.