Sevil Atakişiyevanın özünü binadan atması ilə bağlı cinayət işi başlanıldı

Bakıda 20 yaşlı qızın intihar faktı ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə Yenicag.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Sevil Atakişiyevanın fevralın 21-də saat 20 radələrində paytaxtın Xətai rayonu ərazisində yerləşən yeni inşa edilmiş binanın 20-ci mərtəbəsindən özünü ataraq intihar etməsi faktı üzrə toplanmış materiallar əsasında Xətai Rayon prokurorluğunda Cinayət Məclləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılıb:

“Hazırda iş üzrə intensiv istintaq əməliyyat tədbirlərinin həyata keçirillir”.

COP29