Azərbaycan Respublikası Milli Məclisinə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərdə 58 saylı Xaçmaz kənd seçki dairəsindən deputatlığa namizəd Sevil Mikayılovanın seçicilərlə görüşləri davam edir.
Yenicag.az xəbər verir ki, deputalığa namizəd təbliğat-təşviqat kampaniyası çərçivəsində seçiciləri ilə bu dəfə Ləcət kəndində görüşüb.
Görüşdə seçicilərin problemləri dinlənilib və onları maraqlandıran suallara cavab verilib.
S.Mikayılova səsvermə günü seçiciləri aktiv iştirak etməyə çağırıb.