img2158762Türkiyədə yaşayan azərbaycanlı jurnalist Sevil Nuriyeva son günlər Facebook sosial şəbəkəsində özü haqqında yazılan bəzi statuslara sərt təpki verib. Modern.az xəbər verir ki, Sevil Nuriyeva bir qrup azərbaycanlı Facebook istifadəçisinin ona şər-böhtan atdığını əsas gətirərək, həmin şəxsləri məhkəmə ilə hədələyib.
Jurnalist bildirib ki, onun Türkiyədə baş vermiş 15 iyul tarixli dövlət çevrilişinə cəhd hadisəsinə qarşı ardıcıl çıxışlar etməsi Azərbaycanda bəzilərini qıcıqlandırıb.
“Bir neçə gündür Facebook-da mənşəyi, mənsub olduğu qruplar, qrant aldığı ölkələr bəlli olan azərbaycanlı şəxslər tərəfindən linç edilməkdə və böhtan-təhqir dolu yazılara tuş gəlməkdəyəm. Bunun bir sistematik linç kampaniyası olduğunu bilir və dərhal hüquqi prosedura başlamış durumdayam. Heç bir şır-böhtanın cavabsız galmayaçağını bilirəm.
Məhkəmə prosesini başlatdığımı bəyan edirəm.
Mənə “Ərdoğan yalakası” deyən qafil, mən millətinin fədaisi, mərd bir liderin dəstəkçisiyəm… Sizin kimi ölkəsini girov almaq istəyən qrant qarşılığında mənəviyyatını satan olmaqdansa, sizin deyiminizcə, “Ərdoğan yaltağı”olmaq şərəfdir…”, deyə S.Nuriyeva vurğulayıb.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 96
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."