Sevinc RİŞXƏND ETDİ: “Başdan-ayağa istedaddır, özüm ölüm, halal olsun”

“Təbii ki, hamı kimi paylaşımlarım zamanı mənə də yazılır. Amma heç vaxt yazılan mənfi fikirlərə görə polis və məhkəmələrə qədər gedib çıxmamışam”.

Bunu müğənni Sevinc Ağaşirinova sosial şəbəkələrdə yazılan mənfi rəy və təhqiramiz fikirlərə münasibət bildirərəkən Yenicag.az-a açıqlamasında deyib.

Müğənni özü barədə də belə fikirlərin yazıldığını, lakin onları ciddiyə almadığını bildirib:

“Heç vaxt sosial şəbəkələrdə paylaşmlarım zamanı yazılanları ciddiyə almıram. Söhbət mənfi fikirlərdən gedir. Çünki elə kiçik-kiçik adamların fikirləri mənə qətiyyən maraqlı deyil. Rəy bölməsini bəzən bağlayıram, bəzən də açıq saxlayıram. Yəni kefimə görə. Mənim ətrafımda o səviyyədə olan insanlar da yoxdur ki, deyim, yazan onlardır.

Hərdən düşünürəm ki, görəsən, bu insanlar harada yaşayırlar, nə yeyirlər, nə içirlər ki, bu qədər aqressivləşiblər? Bu qədərmi insanın içərisi kin-küdurətlə dolu ola bilər ki, sosial şəbəkədə oturub kimlərinsə ünvanına belə təhqiramiz fikirlər yazsın.

Hərdən sosail şəbəkələrdə yazılan yorumlara baxanda onların beyinlərinin məhsulu məni təəccübləndirir də. İnsanlar bu qədər kreativ fikirləri haradan tapıb yazırlar. Dırnaqarası elə gözəl şeylər tapıb yazırlar, onların “istedad”ına məəttəl qalıram. Bəzən oxuyub gülürəm də. Başdan-ayağa istedaddır, halal olsun onlara, özüm ölüm”.

Cəvahir