!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Qarabag

Sevincdən ŞOU ƏHLİNƏ: “Dava, dedi-qodu, qalmaqal heç kimə lazım deyil”

!Reklam – Yazi

“Həyat çox qısadır. Bu dünyadan köçəndən sonra deyil, sağ ikən bir-birimizin qədrini bilməliyik”.

Bunu şou aləmdə baş alıb gedən qalmaqallardan danışarkən Türkiyədə yaşayan müğənni Sevinc Ağaşrinova Yenicag.az-a açıqlamasında deyib.

Sənətçi bir anın içində ölümün hər şeyə nöqtə qoyduğunu, sonra isə çox gec olduğunu bildirərək həmkarlarına səslənib:

“Onsuz da hamımız bir gün bu dünyadan köçümüzü çəkib gedəcəyik. Çalışıb bir-birimizə dəyər verməyi bacarmalıyıq. Bu dünyadan köçəndən sonra deyil, sağ ikən bir-birimizin qədrini bilməliyik. Həyat çox qısadır. Heç nəyə dəyməz. Boş-boş davalar, dedi-qodular, qalmaqallar, umu-küsülər, arxadan zərbələr heç kimə lazım deyil. Çünki ömür o qədər uzun deyil ki, gözəl həyatını belə neqativlər içərisində keçirəsən”.

Sevinc Rəhim Rəhimlinin qəfil ölüm xəbərindən sarsıldığını deyərək, ağır günlərində onun yanında ola bilməməsindən də danışıb:

“Rəhimlə 2010-cu ildə tanış olmuşam. Hər zaman gələndə görüşürdük. Axırıncı görüşümüzdə ona demişdim ki, “Başım ağrıyor” mahnısını ver Türkiyədə oxuyum. O da demişdi, qurbandı sənə. Çox ürəyiaçıq insan idi. Mən bilsəydim ki, o belə ağır xəstədir, ona Türkiyədə yaxşı həkimlər tapardım, gətirib burada müalicə etdirərdim. Çox güman ki, o, xəstəliyini hər kəsdən gizlədib. Kaş ki, ona kömək edə biləydik. Amma olmadı, əlimizdən heç nə gəlmədi. Orada olan yaxın dostları yəqin ki, nəsə ediblər, amma ola bilsin, çarə tapa bilməyiblər”.

Cəvahir

www.yenicag.az

513
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv