“Sevincimdən uşaq kimi ağladım” – Ev almayan jurnalist

“Dövlətin jurnalistlərə ev verməsi təqdirəliyiq haldır. Bu ideyanı alqışlayıram”.

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə deyib.

S.Verdizadə bildirib ki, jurnalistlər üçün inşa olunmuş ikinci binadan mənzil almaq üçün müraciət etsə də, ona müsbət cavab verilməyib: “Amma bu, məni məyus etmədi. Çünki uzun illərdən bəri mətbuatımızın yükünü çiyinlərində daşıyan, ev almağa haqqı çatan həmkarlarımın əksəriyyəti mənzillə təmin olundu. Ev alan jurnalistlərin siyahısı ilə tanış olanda sevincimdən uşaq kimi ağladım. Çünki onların böyük əksəriyyəti dostlarımdır. Üstəlik, sayları o qədər çoxdur ki, burda adlarını bir-bir sadalamağa imkan yoxdur. Prezident tərəfindən evlə mükafatlandırılan bütün həmkarlarımı təbrik edirəm. Ola bilsin ki, mənzilə ehtiyacı olan bir neçə jurnalistin arzusu reallaşmadı. İnanıram ki, üçüncü binanın inşası həmin jurnalistlərin də mənzil problemini həll edəcək. Hazırda bizim üzərimizə düşən əsas vəzifə ev alan dostlarımızın sevincini bölüşməkdir”.

Xatırladaq ki, bu gün jurnalistlər üçün tikilmiş ikinci binada mənzillə təmin olunmuş jurnalistlərin sahibləri bəlli olub.

Yenicag.az

COP29