!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sevindik Hətəmov salyanlılara güvənmir (?) – Təfsilat

!Reklam – Yazi

sevindikhetemovvvSalyanın icra başçısı yerli kadrları bir kənara qoyub, Yardımlıdan və Laçından özünə müavinlər gətirməyi planlaşdırır 

Salyana yenicə icra başçısı təyin olunmuş Sevindik Hətəmov özünün yeni komandasını qurmağa başlayıb.  İlk baxışdan burada qeyri-adi heç nə yoxdur. Təbiidir ki, bir icra başçısı güvəndiyi və bacarıqlı adamlarla işləməyə üstünlük verməlidir. Lakin Hətəmovun atdığı addım tamam fərqlidir.

Qeyd edək ki, Salyanın icra başçısı ilk olaraq Təhsil Şöbəsinin müdirini vəzifəsindən azad edərək, onun yerinə başqa birini təyin edib. Nəzərə alaq ki, Salyan böyük rayondur və burada çoxlu sayda orta məktəb, hətta orta ixtisas məktəbləri fəaliyyət göstərir. Belə strateji rayona peşəkar birinin təyin olunmaması isə hamıda təəccüb oyadıb.

Hətəmovun ikinci əsas hədəfi Salyan Mərkəzi Xəstəxanasının baş həkimi Hüseynağa Həsənovu işdən azad etməkdir. Səhiyyə Nazirliyində bir çox güclü adamları olan baş həkimə girişmək hələlik icra başçısına nəsib olmayıb. Amma bu prosesin uzun müddət davam edəcəyi də inandırıcı görünmür.

İşin ən qəribə tərəfi isə odur ki, Sevindik Hətəmov Salyanı idarə etmək üçün yerli kadrların imkanlarından istifadə etmək niyyətindən bir qədər uzaqdır. O, hətta özünə digər rayonlardan olan məmurları müavin gətirmək fikrinə düşüb.  İcra başçısı Yardımlı İcra Hakimiyyətində çalışan müavinlərdən birini özünə müavin gətirməyi qərarlaşdırıb. Hətta bununla bağlı həmin şəxsə hazırlıq görməsi barədə tapşırıq da verib.

Digəri isə Laçın rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Aqil Nəzərlidir ki, onunla bağlı yekun qərarın verilməsindən sonra addım atılacaq.  Aqil Nəzərli icra başçısı təyin olunarsa, fəaliyyətinə bütün dəstəklər veriləcək. Əks təqdirdə isə Sevindik Hətəmov onu özünə birinci müavin gətirəcək.

Bildirək ki, Aqil Nəzərli Zakir Fərəcovun əsas adamlarından biri sayılır. Elə Sevindik Hətəmov da bu şəxsin kadrı olduğundan Aqil Nəzərlini bəd ayaqda müavin gətirməklə, şans verməyi düşünür. Amma qəribə hal odur ki, Hətəmov Salyanı başqa rayonlardan gələnlərin hesabına idarə etmək fikrinə düşübsə, bunun ağrısını da çəkməli olacaq. Ona görə ki, Salyan spesifik xüsusiyyətlərinə görə, digər rayonlardan çox fərqlidir. Və burada kənar adamların məmur işləmələri, xüsusən də müavin səviyyəsində çalışmaları uzunmüddət davam etmir.

Görünür, Sevindik Hətəmov bu taktiki gedişi zamanı məsələnin tərs tərəflərini nəzərə almayıb. /Azerinfo.org

www.yenicag.az

661
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv