Siz (Ermənistan hakimiyyəti nəzərdə tutulur – red.) Azərbaycanın AŞPA-dan çıxarılmasına bu qədər sevinirsiniz, yerinizdə olsam, sevinməzdim. Çünki bu, Azərbaycanı istənilən beynəlxalq öhdəlikdən azad edir.
Yenicag.az xəbər verir ki, bu sözləri Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin keçmiş üzvü Naira Zöhrabyan AŞPA-nın Azərbaycanla bağlı qərarını Ermənistan hakimiyyətinin diplomatik qələbə sayması haqda qeyd edib.
O bildirib ki, Azərbaycanın beynəlxalq öhdəliklərdən azad olması Ermənistana yaxşı heç nə vəd etmir:
“Azərbaycan öz döyüşkən addımlarında daha da aqressivləşəcək. Naxçıvan sərhədində ağır silahlar yerləşir və birbaşa hədəfin altında Nikol Paşinyanın yaxın gələcəkdə Tavuş anklavları ilə birlikdə Azərbaycana təhvil verəcəyini vəd etdiyi Arazdəyən, Kərki və digər kəndlərdir”./axar.az