Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Şəxsən mən, bir səfir kimi, heç kimə ümid verməmişəm” – Polad Bülbüloğlu Kremlə qarşı

Reklam: Sinerji Pro

“Bu vəziyyət Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalının davam etməsi ilə əlaqədardır”.

Yenicag.az xəbər verir ki, bu fikirləri haqqın.az-a müsahibəsində Rusiyanın erməni əsilli vətəndaşlarının Azərbaycana girişinin məhdudlaşdırılması ilə bağlı Moskvanın iddialarına münasibət bildirən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib.

Səfir fikirlərinin əvvəlində Rusiya xarici siyasət idarəsini diplomatik etiketi pozmaqda suçlayıb:
“İlk öncə diqqəti bir fakta cəlb etmək istəyirəm ki, diplomatik təcrübədə qeyd kimi ötürülmüş informasiyanın KİV-də yayımlanması qəbul edilməyib, çünki bu, rəsmi diplomatik yazışma deyil.

Qeyd etmək lazımdır ki, dərc edilmiş məlumat reallığı əks etdirmir. Mənə bu məlumatın KİV-ə ötürülməsi təəccüblü gəlir, belə ki, lap bu günlərdə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva yaranmış vəziyyətə dair obyektiv şərh vermişdi.

O da təəccüblüdür ki, məlumatda Azərbaycan tərəfinin problemin tənzimlənməsi ilə bağlı hansısa ümid verməsindən danışılır. Sual yaranır: Azərbaycan tərəfi dedikdə kim nəzərdə tutulur? Şəxsən mən, bir səfir kimi, heç kimə ümid verməmişəm, Azərbaycan XİN isə mətbuat katibi vasitəsilə mövqeyini bildirib”.

Bülbüloğlu qeyd edib ki, Rusiyanın erməni əsilli vətəndaşlarının ölkə ərazisinə girişinin məhdudlaşdırılmasının səbəbləri qarşı tərəfə dəfələrlə izah olunub:
“Doğrudur, Rusiya tərəfi bu məsələni dəfələrlə müxtəlif səviyyələrdə qaldırıb. Həmin məsələdə mənim ölkəmin mövqeyi dəyişməz olaraq qalır. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, bu cür tənzimləmələr həmin kateqoriyadan olan şəxslərə qarşı onların vətəndaşlıq mənsubiyyətindən asılı olmadan tətbiq edilir və bu vəziyyət Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalının davam etməsi ilə əlaqədardır və ilk növbədə, elə həmin şəxslərin özlərinin təhlükəsizliyinin qorunmasına yönəldilib. Beynəlxalq təcrübə mövcuddur ki, ölkələr səbəbini belə izah etmədən müəyyən şəxslərə öz ərazilərinə daxil olmağa icazə vermirlər.

Rusiyalı həmkarlarıma yaxşı məlumdur ki, Azərbaycanın dövlət siyasəti turist axınının gücləndirilməsinə yönəldilib. Yalnız 2018-ci ildə 800 min nəfərdən çox Rusiya vətəndaşı maneəsiz olaraq Azərbaycana gəlib və mənim bildiyim qədərilə, heç bir şikayət olmayıb”.

Səfir Qarabağ münaqişəsinin ədalətli həlli üçün Rusiyanın vasitəçilik səylərini artırmasının vacibliyini vurğulayıb:
“Rusiyalı həmkarlarım məndən tez-tez soruşurlar: bu vəziyyətdən necə çıxmaq olar və bunun üçün nə edilməlidir? Hər dəfə də cavab verirəm ki, tez bir zamanda münaqişə ədalətli şəkildə və beynəlxalq hüquq çərçivəsində həllini tapmalıdır ki, bu problemlər öz-özünə çözülsün. Rusiya maksimal dərəcədə vasitəçilik səyləri göstərməlidir ki, işğalçı siyasətə son qoyulsun”.

www.yenicag.az

4759
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100